“Düşmənin Gəncə barbarizminə, vandalizminə şanlı Ordumuz hərb meyanında layiqli cavab verdi-Füzuli şəhərini, Xudafərini, Cəbaryılın daha bir neçə kəndini işğaldan azad etdi…Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!”-ELDAR İBRAHİMOV YAZDI

Yüz illərdir gözünü qan örtmüş mənfur və murdar qonşularımız, onların Azərbaycan-Türk torpaqları hesabına yaradılmış faşist, terrorist, vassal dövləti-işğalçı və təcavüzkar Ermənistan yenə öz iç üzünü göstərdi, yenə öz xislətini ortaya qoydu.

Qaşaltı (Naftalan), Tərtər vəhşətlərindən, terraktlarından sonra Azərbaycanın ikinci baş şəhəri olan qədim Gəncəni üçüncü dəfə raket zərbələrinə məruz qaydu,  bu tarixi şəhərdə üçüncü dəfə  insanlıq dramı yaşatdı.

Hər zaman namərdliyi, nakişiliyi, alçaqlığı, amansızlığı ilə seçilən düşmən yenə gecə saatlarında, yenə də qəddarcasına dinc, mülki insanları yuxudaykən qətlə yetirdi, yaraladı, evləri, küçələri xarabazara çevrirdi…

Körpələrə, uşaqlara, yaşlılara, qadınlara rəhm etməyən quduz düşmən növbəti soyqırımı, ikinci Xocalı yaşatdı, törətdi. 14 dinc, günahsız insanımız dünyasını dəyişdi, Şəhid oldu, 55-dən çox vətəndaşımız ağır yaralandı və xəstəxanalara yerləşdirildi.

Düşmən bununla bir daha göstərdi ki, o, heç zaman dəyişməyib, dəyişmir və dəyişməyəcək, hər zaman öz murdar, qeyri-insani xislətini nümayiş etdirəcək, qan axıdacaq, qana susayacaq.

Onun üçün heç bir insani dəyər olmayıb və yoxdur. Xocalını, Ağdabanı, Meşəlini, Bağanıs-Ayrımı, Umudlunu, Ballıqayanı, Qaradağlını…törədəndən bundan artıq nə gözləmək olar ki, nə gözləmək olacaqdı ki?!

Ancaq qəddar, insani dəyərləri olmayan düşməndən fərqli olaraq, biz yenə ona hərb meydanında cavab verəcəyik, necə ki, indiyə kimi vermişik və veririk. Mülki insanlar heç zaman bizim hədəfimiz olmayıb və olmayacaq.

Budur bizim rəzil, murdar ermənilərdən fərqimiz, onlardan müqayisəyəgəlməyəcək üstünlüyümüz.

Eyni zamanda, düşmən və onun qanlı, məkrli havadarları zənn etməsin ki, bu hadisələr, bu qanlı faciələr, bu insanlıq dramları bizi yolumuzdan, Haqq savaşımızdan, Zəfər yürüşümüzdən dayandıracaq, geri göndərəcək. Əsla və əsla!

Onların arzuları gözlərində qalacaq, necə ki, qalıb və qalır. Biz Haqq savaşında, torpaqlarımızın, Qarabağımızın son qarışınacan azad olunması qərarında əzmliyik, əzmkarıq.

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Haqq savaşında, Zəfər yürüşündə anbaan sözünü deməkdə, yeni tarix, yeni qəhrəmanlıq dastanı yazmaqdadır.

Elə sonuncu Gəncə vandalizmi, barbarizmi yaşanan gün, oktyabrın 17-də  şanlı  Azərbaycan Ordusu 27 ildən bu yana işğal altında inləyən Füzuli şəhərini və Füzulinin daha 7 kəndini işğaldan azad etdi, Azərbaycan xalqının acılı qəlbinə su səpdi, Gəncənin, gəncəlilərin qanını, qisasını yerdə qoymadı.

Bir daha düşmənə və havadarlarına özünün kimliyini, əzmini, qüdrətini nümayiş etdirdi. Bir daha göstərdi ki, tökülən, axıdılan qanlar yerdə qalmayıb və qalmayacaq.

Bu da son olmadı, dünən, oktyabrın 18-i, ikinci Müstəqilliyimizin 29-cu ilində, axşam saatlarına yaxın ölkə Prezidenti daha bir sevindirici xəbər verdi, tarixi, müqəddəs Xudafərin körpüsündə, İranla sərhəddə üçrəngli Azərbaycan bayrağının ucaldıldığını, dalğalandırıldığını bütün Azərbaycan xalqına, dünyaya duyurdu, xəbər verdi.

Və…bu gün səhər tezdən, saat 9-a işləmiş Ali Baş Komandan Azərbaycan xalqının sevincinə daha bir sevinc qatıdı, şanlı, rəşadətli Azərbaycan Ordusunun Cəbrayıl rayonunun daha 13 kəndini işğaldan, düşmən tapdağından azad etdiyini bəyan etdi.

Bəli, budur güclü Azərbaycan, bəli, budur qüdrətli Azərbaycan dövləti, bəli, budur  müzəffər Azərbaycan Ordusu, bəli, budur cəsarətli, yenilməz Ali Baş Komandan!

Azərbaycan dövləti, Azərbaycan xalqı öz Ordusu və Ali Baş Komandanı ilə bundan sonra da hələ çox zəfərlər yazacaq, düşməni, onun havadarlarını hələ çox və birdəfəlik məğlubiyyətə, fiaskoya uğradacaq.

Ali Baş Komandanın Azərbaycan xalqına 17 oktyabr tarixli müraciətində də dediyildiyi kimi:

“Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün. Mən də erməni xalqına müraciət etmişdim və bir daha müraciət edirəm: Qoymayın uşaqlarınızı! Nə işi var onların bizim torpağımızda? Öz ölkənizdə yaşayın. Bizim sizinlə heç bir işimiz yoxdur. Gedin yaşayın öz ölkənizdə, nə edirsiniz edin, amma bizim torpaqdan çıxın. Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”

Bəli, biz Haqq savaşında, müqəddəs savaşımızda sonacan gedəcəyik, bütün işğal olunmuş ərazilərimizi işğaldan azad edəcəyik, bayrağımızı bütün bölgələrimizdə dalğalandıracağıq.

Biz bizimlə olanları, Haqq savaşımızı ilk gündən birmənalı dəstəkləyənləri, hər zaman Haqqın, Haqlının yanında dayananları da unutmayacağıq. Qardaş və dost Türkiyənin, qardaş və dost Pakistanın, həmçinin, Əfqanistanın, Ukraynanın və başqa bir neçə ölkənin dəstəyini, həmrəyliyini heç zaman yaddan çıxarmaycağıq. Onlarla birlikdə hələ bir çox Qələbələrə, Zəfərlərə imza atacaq, problemlərimizu birgə həll edəcəyik.

Yeri gəlmişkən, qardaş və dost Türkiyənin Böyük Millət Məclisinin (MM) sədri Mustafa Şentopun rəhbərlik etdiyi geniş və yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri başlayıb.

Səfər çərçivəsində bir sıra önəmli görüşlərin, o cümlədən, Mustafa Şentopun sabah Milli Məclisin (MM) növbəti iclasında iştirakı və çıxışı nəzərdə tutulur.

Bunun özü qardaş və dost Türkiyənin bizə dəstəyinin, bizə verdiyi önəmin  daha bir göstəricisidir. Bunun özü qardaşlığımızın və dostluğumuzun növbəti  əyani təcəssümü, təzahürüdür.

Bu dəstəyinə, bu həmrəyliyinə görə, bir daha qardaş ölkəyə və onun parlamentarilərinə dərin minnətdarlığımızı bildiririk.

Azərbyacan-Türkiyə  qardaşlığı, həmrəyliyi daimidir, əbədidir, dönməzdir.

 Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Eldar İbrahimov,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri

Etikxeber.az

Read Previous

“18 oktyabr – humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib…”-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

DTX və MN-dən sosial şəbəkə istifadəçilərinə-XƏBƏRDARLIQ… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir