“Düşmənin silah-sursat anbarı partlayıb…Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb…Ermənilərin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirilib “-MN – TƏRTƏR YENİDƏN ATƏŞ ALTINDA – YENİLƏNİB – (4)

Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

Etikxeber.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndinin guya atəşə tutulması barədə xəbər məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu cür məlumatlar yaymaqla Ermənistan müdafiə nazirliyi törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır.

***

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.

 MN-dən verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

***

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

MN-dən verilən məlumata görə, məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

14:00

***

“Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatlar, yanacaq sürtkü materialları çatışmır”.

MN-dən bildirilib ki, cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verən düşmən bu itkilərin yerini doldurmaq imkanına malik deyil.

Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarəolunmasında da problemlər yaranıb.

***

Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirilib.

MN-dən bildirilib ki, Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

17:55

***

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan, Qaynaq,Qapanlı və Hüsənli kəndlərini artilleriya atəşinə tutur.

MN-dən bildirilib ki, Ordumuz düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görür.

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti dəhşətli artım-1465 – DAHA 17 ÖLÜM…

Read Next

Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üçün-DÖVLƏT KOMİSSİYASI YARADILDI – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir