“Düşmənlərimizin qarşısında hər zaman güclü olmalıyıq…” – SƏFİR

“28 il bundan əvvəl Bakıda tarixin ən qanlı faciələrindən biri yaşanıb. 20 Yanvar tarixə qara gün olaraq keçib. Biz bu acını ürəyimizdə hiss edirik”. 

Etikxeber.az-ın xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

sehidler

Səfir bildirib ki, şəhidlər inandıqları uğrunda həyatlarından keçiblər:

“Onlar Azərbaycanın müstəqilliyinin yolunu açdılar. 20 Yanvartarixində insanlığa qarşı günah işlənib. Üzərimizə düşən məsuliyyət onların xatirəsini yad etmək, keçmişdən dərs alaraq bu hadisələrin təkrarlanmaması üçün çalışmaqdır. Yəni, düşmənlərimizin qarşısında hər zaman güclü olmalıyıq”.

Etikxeber.az

Read Previous

İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi – YENİLƏNİB – (1) – FOTOLAR

Read Next

Tələbələr Şəhidlər Xiyabanını ziyarət etdilər – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir