“Düşündük ki, bu şəkildə daha çox ailəni sevindirər, daha çox ailənin bayramını təbrik etmiş olarıq…Beləcə, rayonumuzda 100 ailəyə bayram payı göndərdik…”- MİLLƏT VƏKİLİ – FOTOLAR – YENİLƏNİB

Qayğıya, himayəyə ehtiyacı olan ailələr hər zaman dövlətimizin diqqətindədir. Bayramlarda, özəl günlərdə ilk növbədə bu qəbildən insanlar, ailələr sevindirilir. Dövlət başçısı hətta öz doğum gününü hər il köçkün, qaçqın ailələrini, şəhid ailələrini və veteranları ziyarətlə qeyd edir. Xeyirxahlıq, humanizm xalqımızın qanındadır, canındadır. Bu gün cəmiyyətin öndə gedən, titul sahibi olan yüzlərlə, minlərlə yardımsevər nümayəndəsi dövlətini, Pzezidentini dəstəkləyərək, öz imkanları çərçivəsində, bacardıqları qədər ətraflarındakı, köməyə ehtiyacı olan insanlara yardım etmək istəyirlər.

Etikxeber.az-ın xəbərinə görə, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, müxtəlif yardım aksiyaları, xeyriyyə marafonları keçirirlər.

“Elə bu məqsədlə də bu il müqəddəs qurban bayramı ərəfəsində əslən Zərdabdan olan və istər rayonda, istər ölkədə kifayət qədər tanınan, nüfuz sahibi insanlarla bir araya gələrək, bayramların fəlsəfəsini təşkil edən həmrəylik şəraitində, bayram paylarını birlikdə hazırlayıb paylamağa qərar verdik. Düşündük ki, bu şəkildə daha çox ailəni sevindirər, daha çox ailənin bayramını təbrik etmiş olarıq. Beləcə, rayonumuzda 100 ailəyə bayram payı göndərdik…”-deyə, o, əlavə edib.

12:06, 30 iyul

***

Xəbər verdiyimiz kimi, dünən millət vəkili J. Əliyeva və Zərdabi İrsinin Təbliği Təşəbbüs qrupunun üzvləri Zərdab rayonunda 100-dən çox ailəyə qurban payı paylayıb.

Bu gün isə J. Əliyeva Ucarın deputatı olduğu Bərgüşad, Lək və Xələc kəndlərində köməkçisi Firdovsi Eyvazov vasitəsilə 25 ailəyə – şəhid ailələrinə, valideynsiz uşaqlara qurban payını çatdırıb.

“Bu savab işdə əməyi olan hər kəsə, eyni zamanda Ucarın Bərgüşad kəndinin ağsaqqallarından Hacı Güloğlan Xəlilova təşəkkürlərimizi bildiririk!. Allah qurbanlarınızı qəbul etsin! Bayramınız mübarək olsun!”

Bunu isə millət vəkili J. Əliyeva deyib.

Etikxeber.az

Read Previous

Dövlət büdcəsinə dəyişikliklər məsələsinə-NƏ VAXT BAXILACAĞI MƏLUM OLDU, SPİKER SƏRƏNCAM İMZALADI, DEPUTATLAR YENİDƏN PARLAMENTƏ DÖNƏCƏKLƏR – YENİLƏNİB – (1)

Read Next

“Hazırda yoluxma vəziyyəti stabildir, bundan sonra necə olacaq, onun nəticəsində hansı qərarlar veriləcək, bunu Operativ Qərargah deyəcək…”-TƏBİB – RAYONLARA GEDİŞ-GƏLİŞƏ İCAZƏ VERİLƏCƏKMİ? – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir