Dutert Razzaqla birgə karaoke ifa etdi – FOTO – VİDEO

Flippin prezidenti Rodriqo Dutert  Malayziyanın baş naziri  Nacib Razaqla birgə  karaoke ifa edib.
Dünya liderlərinin ünvanına kəskin ifadələr işlədən Flippin prezidenti Rodriqo Dutert   Malayziyanın baş naziri Nacib Razzaqla birgə lirik və sentimental bir karaoke ifa edib.
Etikxeber.az xarici  mətbuata istinadən xəbər verir ki, Malayziyada iki günlük səfərdə olan Flippin prezidenti Bett Midlerə məxsus Wind Beneath My Wings (“Mənim qanadlarım altındakı külək”) mahnısını ifa edib.
Hansı ki, bu mahnı 2000-ci illərin əvvəlində Böyük Britaniyada dəfn mərasimlərində ifa edilən ən populyar mahnı olub.
Malayziyanın baş naziri isə Kliffa Riçarda məxsus  The Young Ones  mahnısını ifa edib.
Daha sonra isə Dutertlə Razzak  birgə 1970-ci illərin hit sayılan Danimarkanın Walkers qrupuna məxsus “Sha-La-La-La-La-La” mahnısını ifa edib.
İfa zamanı Malayziya baş naziri hətta, rəqs edib.
M.B

Etikxeber.az

 

Read Previous

Prezident Ramiz Mehdiyevi İşçi Qrupunun rəhbəri təyin etdi

Read Next

“Hizmət hərəkatı” üzvlərinin aşkarlanması üçün tədbirlər görülüb – USUBOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir