Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Yevlaxlı, evin-ailənin tək oğlu, iki bacının tək qardaşı, Azərbaycan Ordusunun hərbçisi, Gizir, subay, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, 29 yaşında Şəhadətə ucalan Səməndər Vahid oğlu İsmayılzadənin Anım Günündə-30 oktyabr 2026-cı il tarixində, saat 12:00 radələrində Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib,“Quran” oxunub.
Qısa çıxışlar edilib, Şəhidin ailəsinə-anası Fəridə İsmayılovaya Allahdan səbr və dözüm arzulanıb.
Xatirə fotoları çəkdirilib.
Etikxeber.az xəbər ki, Şəhidin məzarını ziyarətdən sonra “Qaradağ” şadlıq evində Anım mərasimi düzənlənib.
Bir daha ruhuna dualar edilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonda Şəhid adına ehsan verilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım məclisindəailə üzvləri, Lökbatanlı Şəhid ailələri, Qaradağ rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.
13:50
***
FOTOLAR:











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





