Əbədiyyətə uğurlanmalarından 6 il ötən, Anım günləri olan-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ-MAYOR, ÜÇ ÖVLAD ATASI İLKİN ƏHƏDZADƏ VƏ KAPİTAN, BİR ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN PƏRVİZ MƏMMƏDOV – FOTOLAR – YENİLƏNİB

İkinci Vətən Müharibəsi Şəhidlərindən əslən Qubalı, özü Bakıdan, Səbail rayonundan olan üç qardaşdan biri, ali-hərbi təhsilli, Mayor, 3-cü dərəcəli “Rəşadət” ordenli, üç övlad atası İlkin Qələmşah oğlu Əhədzadə və əslən Tovuzlu, özü isə Bakılı, Lökbatanlı olan ali təhsilli peşəkar hərbçi, ailənin dörd övladından biri, Kapitan, 3-cü dərəcəli “Rəşadət” ordenli, bir övladı Vətənə əmanət qalan Pərviz Ələddin oğllu Məmmədovun da bu gün Anım günləridir, Əbədiyyətə uğurlanmalarından 6 il keçir.

Bu gün hər iki Şəhidin-İlkin Əhədzadənin Hərbi Memorial Məzarlıqdakı, Pərviz Məmmədovun isə Lökbatan Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar olunub, “Quran” oxunub, ailələrinə Allahdan səbr arzulanıb.

Xatirə fotoları çəkdirilib.

Adları çəkilən Şəhidlərin məzarlarını ziyarətdən sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında İlkin Əhədzadənin, “Qaradağ” şadlıq sarayında isə Pərviz Məmmədovun adına ehsan süfrələri açılıb, bir daha ruhlarına dualar edilib.

15:30

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tək və subay övlad, Gəncəli İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məmmədovun-ANIM GÜNÜNDƏ LÖKBATAN ŞƏHİDLƏR XİYABANINDAKI MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Ailənin iki övladından, iki qardaşdan biri və subay idi…Peşəkar hərbçi, Giziriydi, sülhməramlı kimi Əfqanıstanda xidmət etmişdi, Türkiyə Prezidenti tərəfindən gümüş saat hədiyyə edilmişdi…İkinci Vətən Müharibəsində isə qəhrəmancasına Şəhid oldu-BU GÜN ANIM GÜNÜ OLAN TƏRTƏRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏŞAD MİRZƏLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir