Ebru Yaşar: “Evlilik təklifi almdan evlənəcəyimizi hiss etdim…”

 

“Çox zor bir hamiləlik dönəmi yaşadım. Ancaq indi iki övladım və çox mutluyam”.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bunu tanınmış ifaçı Ebru Yaşar deyib.
O, ana olmağın çox müqəddəs bir hiss və xoşbəxtlik olduğunu söyləyib.
Müğənni deyib ki, ekizlərinə ad seçimlərində problem yaşamayıblar.
Belə ki, özünün istəyilə qızına öz adını – Ebru ismini veriblər.
“Oğluma isə Hasanpoyraz adını verdik. Hasan qayınatamın adıdır, Poyraz da yoldaşımın sevdiyi bir addır”-deyə, müğənni bildirib.
Evliliklərindən-həyat yoldaşı Necat Gülsevendən də çox razı qaldığını vurğulayan sənətçi bunları deyib.
“Həyat yoldaşımdan evlilik təklifi almadan artıq evlənəcəyimizi hiss etdim…Dünyaya 10 dəfə də gəlsəydim, yenə həyat yoldaşımı seçərdim…Yaxşı ki, başqası ilə yox, məhz onun kimi bir insanla evlənmişəm”-deyə, o, sözlərinə əlavə edib.
E. Yaşar eyni zamanda, 20 ilə yaxın müddət ərzində sənətdə olduğunu və bu illərdə də hər şeyi “dişi-dırnağı” ilə qazandığını da deyib.
Etikxeber.az

Read Previous

“Peşə təhsili haqqında” qanun layihəsi üzərində iş gedir…

Read Next

“Dünya bir daha şahid oldu ki, nələri etməyi qarşıya məqsəd qoyuruqsa…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir