UEFA Millətlər Liqası: Kipr-Azərbaycan – 0:1 – YENİLƏNİB – (3)

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində Kipr-Azərbaycan oyunu başlayıb.

Etikxeber.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən matçda Azərbaycan millisinin start heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə, Rəhim Sadıxov Ramil Şeydayev çıxıblar.

Kipr komandasının ilk onbirliyində isə Haralambos Kiriakidis, Andreas Karo, Valentinos Sielis, Haralambos Kiryaku, Dimitris Xristofi, Pyeros Sotiriu, İoannis Kusulos, Kostas Laifis, Qriqoris Kastanos, Marinos Tsionis və İoannis Pittas yer alıblar.

Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Filip Qlovadır. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edirlər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirir.

C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.

***

Hesab hələ açılmayıb-0:0.

22:59

***

Kipr-Azərbaycan oyununda hesab açılıb.

Nikosiyadakı GSP stadionunda oynanılan matçın 29-cu dəqiqəsində millimizin üzvü Maksim Medvedev rəqib qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb – 0:1.

23:20

***

Kipr-Azərbaycan oyununun birinci hissəsi başa çatıb.

Nikosiyadakı GSP stadionunda oynanılan matçın 29-cu dəqiqəsində millimizin üzvü Maksim Medvedev rəqib qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb – 0:1.

Komandaların cəhdlərinə baxmayaraq ilk hissə bu hesabla bitib.

23:44

***

Azərbaycan millisi Kipr yığmasını 1:0 hesabı ilə məğlub edib.

Millimizin yer aldığı qrupun digər oyununda isə Monteneqro millisi Lüksemburqa qalib gəlib -1:0.

Hesabında 6 xal olan Monteneqro millisi qrupun lideridir.

Lüksemburq və Azərbaycan millisi 3 xalla 2-3-cü pillədə yer alıblar.

Xal qazana bilməyən Kipr isə sonuncudur.

Etikxeber.az

Read Previous

Deputat növbəti qəbul keçirdi-SEÇİCİLƏR NƏYƏ MİNNƏTDARLIQ VƏ NƏYİ XAHİŞ ETDİLƏR? – FOTOLAR – YENİLƏNİB

Read Next

Ronaldo Portuqaliya millisinin heyətində 100-cü qoluna-İMZA ATDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir