Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir – ZİYAD SƏMƏDZADƏ

Son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə artıb və bu dünya miqyasında analoqu olmayan inkişafdır. Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Ölkənin valyuta ehtiyatları Ümumi Daxili Məhsula (ÜDM) bərabər səviyyədədir. Ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir.

1488451229_ziyad-s-str-7-8

ziyaddddd

Etikxeber.az xəbər verir ki, bunu akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

“Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir”-deyən, akademikin sözlərinə görə, bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir.

“Ölkəmiz heç kimdən asılı deyil və buna görə də inamla müstəqil siyasətini həyata keçirir. Məhz belə siyasətin nəticəsidir ki, 2018-ci ilin arxada qalan ayları böyük iqtisadi fəallıqla müşahidə olunur. Bu yaxınlarda Cənub Qaz Dəhlizi, TANAP kimi irimiqyaslı layihələr istifadəyə verilib. Bakı Dəniz Limanının istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi nüfuzunu daha da artıracaq…”-Z. Səmədzadə sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Pul var-mədəniyyət yox!” – ƏLİ MƏSİMLİ BAKININ BAŞ PLANINDAN DANIŞDI

Read Next

Fransa-Argentina-4:3, Uruqvay-Portuqaliya-2:1, FRANSA VƏ URUQVAY NÖVBƏTİ MƏRHƏLƏDƏ-YENİLƏNİB-(6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir