Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 25-də İsmayıllı, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, qəbul saat 10:00-da ismayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 11 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinə (əlaqə telefonları: 020-285-33-47, 050-411-00-18, 055-261-49-94) müraciət etmələri xahiş olunur.
Etikxeber.az