Ekoloji qanunvericiliyi pozanlar haqqında hüquq-mühafizə orqanları və məhkəmələrə müraciət olundu – RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, araşdırma fevralın 1-dən 15-dək davam edib.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 149 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 21 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə 47 iş üzrə 48700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 63289,83 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 126 iş üzrə 41110,4 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 31, icra qurumlarına 8,  məhkəmələrə  isə 3 iş göndərilib.

Etikxeber.az

Read Previous

“Azəriqaz” növbəti dəfə Abşeronu və Bakını qazsız qoyur…

Read Next

ABŞ-da erməni lobbisinin Azərbaycana qarşı təxribatı uğursuzluqla nəticələndi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir