Ekoloji qanunvericiliyin pozulmasına görə 142 akt və protokol tərtib olundu – NAZİRLİK

Aprelin 1-dən 15-nə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 142 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 44 iş üzrə 100650 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 50349,75 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 245 iş üzrə 47306,74 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 26, məhkəmələrə isə 2 iş göndərilib.

Etikxeber.az

Read Previous

“İşlərin yekunlaşması danışıqlar prosesinin gedişindən asılı olacaq…” – ƏLİYEV – FOTO – YENİLƏNİB

Read Next

Akşənər Milliyyətçi Türkiyə Partiyasını yaradır?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir