Eks xarici işlər naziri, “İstiqlal”çı deputat Tofiq Qasımov vəfat etdi-İSVEÇRƏDƏ… – YENİLƏNİB

Tofiq Qasımov İsveçrədə vəfat edib. Tofiq Qasımov Azərbaycan Xalq Hərəkatının rəhbərlərindən biri, istiqlalçı millət vəkili, ölkənin Elçibəy hakimiyyəti dövündə Xarici İşlər naziri olmuş ictimai siyasi və dövlət xadimi, görkəmli alim, ölkənin ən nüfuzlu ziyalılarından biri idi. Azərbaycan Xalq Cəbhəsinin qurucularından və rəhbərlərindən biri olmuşdu.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

“Müsavat Partiyası bərpa Mərkəzinin üzvlərindən biri, Müsavat Partiyasının üzvü idi.Tofiq Qasımovun vəfatı Azərbaycanın demokratik düşərgəsi, Müsavat Partiyası və bütün Azərbaycan xalqı üçün böyük itkidir. Allah rəhmət eləsin!”-deyə, o, sonra qeyd edib.

Qeyd edək ki, son illər mühacir həyatı yaşayan 82 yaşlı Tofiq Qasımov Milli-azadlıq hərəkatının liderlərindən, məşhur “43-lər”dən, “İstiqlal”çı deputatlardan, Müstəqillik haqqında Konstitusiya Aktının müəlliflərindən, Azərbaycanın xarici siyasət idarəsinin (1992-93-cü illərdə) eks başçılarından, tanınmış fiziklərdən olub.

2 qızı var. Həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayırdı.

***

“Çox kədərli xəbər…

Tofiq Qasımov vəfat edib…Azərbaycanımızın istiqlalçı millət vəkili, xalq hərəkatı liderlərindən, AXC-nin qurucularından, Müsavatı bərpa edənlərdən biri, keçmiş xarici işlər naziri, görkəmli alim, vətənpərvər ziyalı Tofiq bəy İsveçrədə dünyasını dəyişib.

Tanrı ruhunu şad etsin”.

Bunu isə eks-spiker İsa Qəmbər “Facebook” səhifəsində yazıb.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Qənirə Paşayevadan-QARAXANLILARA TƏŞƏKKÜRLƏR VƏ… – FOTOLAR

Read Next

293 nəfər deputatlığa namizədliyini geri götürdü – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir