Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda guya “siyasi məhbuslarla” bağlı qəbul etdiyi qətnamədə, öz məruzəçiləri ilə bu ölkənin əməkdaşlığını yüksək qiymətləndirib.
Etikxeber.az-ın xəbərinə görə, AŞPA-da Azərbaycan əleyhinə növbəti qərəzli dinləmələrin seçkiöncəsi təsadüf olmadığını vurğulayan siyasi şərhçi Tural İsmayılov mətbuata açıqlamasında dinləmələrlə bağlı sərt münasibət bildirib:
“AŞPA və digər Avropa qurumları nə vaxta qədər anti-Azərbaycan şəbəkənin sosial mediadakı uydurmalarından sənədlər hazırlayacaq? Bu qurumların demokratiya və insan haqları ilə bağlı narahatlığı ancaq Azərbaycanla əhatə olunur deyəsən. Təsəvvür edin ki, ölkədə həm daxili mənada, həm də qlobal səviyyədə önəmli layihələr həyata keçirilən kimi, mühüm hadisələr baş vermə ərəfəsində Avropadakı təşkilatlar başlayırlar ölkəmizlə bağlı qeyri-obyektiv münasibət ortaya qoymağa.
Onların bu yanaşmaları ölkədəki əhalinin fikirləri, siyasi sferanın mənzərəsiylə qətiyyən uyğunlaşmır. O boyda AŞPA seçkiyə qatılan onlarla müxalifətçiyə də hörmətsizlik edir. Sanki təkcə müxalifət qanunsuz küçəyə çıxan az sayılı adamlardır və sanki onlardan başqa heç kim doğru danışmır. Erməni lobbisindən maliyyələşən müxtəlif təxribatçı Qərb QHT-lərinin dəfələrlə Azərbaycan əleyhinə verdiyi “bəyanatlar”ı görürük, heç bir hüquqi qiyməti olmayan siyasi dəllallıq elementlərini də hamı görə bilir. Amma AŞPA, ATƏT kimi ciddi təşkilatların 5-6 məqsədli bloggerin sözləriylə hansısa açıqlamalar verməyi qurumların ciddiliyini şübhə altına salır.”
“AŞPA-nın ötən il 50 günlük aclıqdan sonra ölən erməni siyasi məhbus Mher Yeğizaryan və divan tutulan saysız erməni müxalifətçini görməməyi də ayrıca sual olunası məqamdır.”
Ekspert qeyd edib ki, bu gün Ermənistanda siyasi və hüquqi böhran yaşanır:
“Ölkədə Konstitusiya Məhkəməsinin sədri Tovmasyan Paşinyan höküməti tərəfindən siyasi təqiblərə məruz qalır. Dünya tarixində az görünən bir siyasi maskarad baş verir. Amma biz Qərb təşkilatlarından hansısa reaksiyanın şahidi olmuruq. Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb. Qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib. İnsan hüquqları carçıları yenə Ermənistanı görmək istəmədilər. Həbsxanada ölən partiya sədri müavininin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər. Buna baxmayaraq hadisəyə, fakta heç bir reaksiya verilməyib.
M.Yeğizaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Mher də daxil olmaqla Ermənistanda müxaliflərə qarşı baş verən siyasi vandalizmə də lazımi reaksiyalar verilmir. Ermənistanda təkcə Sasna-Tser olayı və Jirayr Sefilyana görə yüzlərlə adam cinayət təqibinə məruz qalıb, həbs olunub, incidilib.”
Ekspert bildirib ki, Azərbaycanın 1 milyondan çox qaçqınının vəziyyətinə susan beynəlxalq qurumlar Azərbaycanın güclənməyindən və bölgədəki stabilliyindən narahat olur.
Etikxeber.az