“Elə bilirəm və qəti əminəm ki, hər kəs bayram günlərində bir daha diqqətli, məsuliyyətli olacaq, çağırışlara sözsüz əməl edəcək”-MİLLƏT VƏKİLİ AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı bacı və qardaşlarım, Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırıq. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini ehtiramla yad edərək tez bir zamanda işğal olunmuş torpaqlarlmızın azad olunmasını arzu edirəm.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Eldəniz Səlimov dilə gətirib.

Onun dediyinə görə, builki Ramazan ayı, Orucluq günləri dünyamız və onun bir parçası olan ölkəmiz üçün ağır və çətin günlərə, bəşəriyyəti ağuşuna almış, böyük fəlakətlərə səbəb olmuş koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrə təsadüf edib.

“Dövlət başçımızın da müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqına təbrikində qeyd edildiyi kimi, Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Odur ki, qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Həmçinin, təbrikdə qeyd edildiyi kimi, müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Bu baxımdan əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaq.

Bəli, bu bəladan, ağrılı, çətin sınaqdan yalnız birlikdə çıxa bilərik və çıxacağıq. Bunun üçün isə deyilənlərə, mövcud norma və qaydalara, tövsiyələrə hamılıqla, elliklə bir nəfər kimi əməl etməli, üzərimizə düşən məsuliyyəti sonacan dərk edib, bu bəladan birlikdə xilas olmalıyıq. Biz birlikdə güclüyük və birlikdə də güclü olacağıq, bu bəladan da birlikdə xilas olacağıq. Elə bilirəm və qəti əminəm ki, Ramazan bayramı günləri ilə bağlı hər kəs diqqətli olacaq, Operativ Qərargahın, TƏBİB-in tövsiyələrinə, çağırışlarına əməl edəcək. Son olaraq, bir daha Oruc və dualarımızın Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayır. RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN, deyirəm”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bizim mətni oxuyan konqresmen niyə tapılmadı? Bəlkə heç axtarılmadı?…”-POLİTOLOQ

Read Next

“Normal adam heç bir zaman bir insanı-həm də öz uşaqlarının anasını belə qəddarlıqla öldürə biməz…”-MM-İN KOMİTƏ SƏDRİNDƏN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir