“Elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar” – İLHAM ƏLİYEV

Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev deyib

Onun sözlərinə görə, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib:

“Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar.

Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər…”.

Etikxeber.az

Read Previous

Prezident Zərif və Qarqaşı – QƏBUL ETDİ – YENİLƏNİB

Read Next

“Həyatını xilas etmək əslində mümkün olan insanlarımızı xilas edə biləcəyik…” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir