“Elə xəstəliklər var ki, onların müalicəsi asan deyil, amma…” – MİLLƏT VƏKİLİ

Deputat yenə də televiziyalardakı bəzi reklamlardan narazıdır

Sosial reklamların televiziyalarda qanunvericilikdə öz əksini tapdığı şəkildə yayımlanması vacibdir. Səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklamların və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə,  maaarifləndirmədə xüsusi bir yeri var.  Amma biz onları təssüf ki, nadir hallarda görürük.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Millət vəkili bu yöndə parlamentin komitə və plenar iclaslarında da fikirlərini, təkliflərini səsləndirdiyini xatırladıb.

O,  açıqlamasında bir daha sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayıraraq bildirib ki, həmin reklamların tez-tez yayımlanması məsələsi çox  vacibdir.

Əhalinin maarifləndirilməsində sosial reklamların böyük əhəmiyyətindən danışan millət vəkili deyib ki,  televiziyalar sosial reklamları tez-tez  yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin, maarifləndirmənin daha geniş yayılmasına ciddi təkan verə bilər.

GANİRA-MM

Bəzi ölkələrin sosial reklamlarla bağlı təcrübəsini misal gətirən Q. Paşayeva Azərbaycanda da sosial reklamlar bağlı məsələnin ciddi şəkildə öz həllini tapmasının vacibliyini vurğulayıb:

“Əhalinin tibbi maarifləndirilməsinin, ailə dəyərlərinin, təhsilin  ciddi şəkildə təbliği bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və onlarla bağlı sosial reklamların sayı artmalıdır və tez-tez yayımlanmalıdır”.

Millət vəkili  bəzi xarici və yerli  ölkə həkimlərin, bəzi tibb müəsisələrinin doğru olmayan reklamı zamanı əhalinin aldadıldığına da diqqət çəkib:

“Parlamentdə çıxışımda da vurğuladığım kimi, elə xəstəliklər var ki, onların müalicəsi asan deyil.

Yəni, həkim hələ xəstəni görmədən reklam edərək insanlara filan-filan xəstəliklərdən qısa zamanda tam xilas olmaq istəyirsənsə, filankəs həkimə, filan klinikaya müraciət et kimi reklamlardan sonra, xəstələr qısa zamanda o xəstəlikdən xilas xilas ola bilməyəndə, ciddi narazılıq və inamsızlıq başlayır. Dünyanın inkişaf edən  ölkələrində həkimlərin və klinikaların bu formada reklam olunmasına icazə verməzlər.

Bu cür reklamlar insanları doğru bilgiləndirəcək şəkildə qurulmalıdır. Bizdə də bu məhz bu cür tənzimlənməlidir. Biz onların reklam olunmaq istəyinə qarşı deyilik, amma reklam doğru şəkildə qurulmalıdır ki, vətəndaşlarımız yanılmasınlar və onların mənafeyi qorunsun. İnanıram ki, bu təkliflərim gələcəkdə mövcud qanunvericiliyin təkmilləşdirilməsi prosesində nəzərə alınacaq”.

Etikxeber.az

 

 

 

 

Read Previous

Tək “proje”ləri məni hakimiyyətdən endirməkdir – ƏRDOĞAN

Read Next

Millət vəkili Fuad Poladovdan yazdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir