Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İnformasiya texnologiyaların inkişafı ilə tam yeni bir mərhələyə qədəm qoymuşuq. Elə yeni hüquqi münasibətlər meydana çıxıb ki, onların əvvəlki qaydalarla tənzimlənməsi mümkün deyil.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
Qeyd edib ki, digər tərəfdən, Prezident İlham Əliyevin də dediyi kimi, xeyli sayda peşə sıradan çıxmaqda, yeni peşələr yaranmaqdadır.
“Əgər zamanında tədbir görməzsək, qanunvericiliyimizi bu prosesə uyğunlaşdırmazsaq ciddi sosial problemlərlə üz-üzə qala bilərik. Həmçinin, deputat fəaliyyətinin daha səmərəli reallaşdırılması, müraciət və sorğuların operativliyini təmin etmək üçün internet resursların rəsmi istifadə imkanlarını artırmaqla, biz seçicilərə daha faydalı işləyə bilərik”-deyən millət vəkili bu yöndə fikirlərini parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı dilə gətirdyini də xatırladıb.
Etikxeber.az





