“Elə-belə savad lazım deyil…” – RÜFƏT QULİYEV ƏLƏT AZAD İQTİSADİ ZONASI İLƏ BAĞLI DAHA NƏLƏRDƏN DANIŞDI?

Azad iqtisadi zonalar hələ ötən əsrin 80-ci illərindən inkişaf etməyə başladı. Hazırda dünyada 4 min 500 azad iqtisadi zona var. Eyni zamanda, dünyada işləyən insanların bir faizi məhz azad iqtisadi zonaların payına düşür ki, bunun özü də çox böyük göstəricidir.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili, professor Rüfət Quliyev dilə gətirib.

O, qeyd edib ki, dünyanın iqtisadi nəhənglərindən olan, iqtisadi inkişaf göstəricilərinə görə, dünyada ikinci yeri tutan Çində 4 azad iqtisadi bölgə-zona mövcuddur.

Onun sözlərinə görə, Çin iqtisadiyyatının, əldə edilən gəlirlərin 40 faizindən çoxu məhz həmin azad iqtisadi bölgələrin payına düşür.

Millət vəkili bu baxımdan hesab edir ki, Azərbaycanda da bu praktikadan istifadə edilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, bu iqtiqamətdə ardıcıl addəmların atılması çox mühüm və əhəmiyyətlidir.

R. Quliyev Azərbaycanda bu məsələnin hələ ötən əsrin 90-cı illərinin ortalarında gündəmə gəldiyini, amma mövcud şəraitin, reallıqların həmin vaxt bu məsələnin reallaşmasına imkan vermədiyini xatırladıb.

“Ancaq sonradan bir daha bu məsələ gündəmə gəldi, hətta, ötən il Milli Məclisdə Ələt Azad İqtisadi Zonası ilə bağlı qanun layihəsi geniş müzakirələrdən keçirildi və qəbul olundu. Qeyd edim ki, azad iqtisadi zonlarda savadlı mütəxəssislərə böyük ehtiyac duyulur, o cümlədən, Ələt Azad İqtisadi Zonasında da belə mütəxəssislərə böyük ehtiyac olacaq. Həm də maraqlıdır ki, azad iqtisadi zonalarda daha çox yerli insanlar, mütəxəssislər işləməlidir və bizdə də belə olacaq. Buna isə indidən hazırlıqlı olmaq lazımdır. Elə-belə savad deyil, sırf texniki savad lazımdır. Bunun özü də çox mühüm məsələdir”-deyən millət vəkili azad iqtisadi zonaların güclü investisiya cəlb edən bir sahə olduğunu da sözlərinə əlavə edib.

R. Quliyev yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının Azərbaycan iqtisadiyyatına, ölkənin iqtisadi inkişafına mühüm töhfələr verəcəyini də bildirib.

10:32, 21:05, 26 fevral

Etikxeber.az

Read Previous

“1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış AXC xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməmizi zənginləşdirib”-PƏRVİN KƏRİMZADƏ

Read Next

“Bu dəfə də məkrli, hiyləgər düşmənin arzuları gözündə qaldı…”-ELDƏNİZ SƏLİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir