“Elə bil göydən xoşbəxtlik yağırmış, qadağanı pozub evdən çıxmasalar, onlara çatmayacaqmış…”-DEPUTAT QƏZƏBLƏNDİ

Elə bil göydən xoşbəxtlik yağırmış, qadağanı pozub evdən çıxmasalar, onlara çatmayacaqmış kimi maskasız-filansız, uşaqlı-böyüklü həyətə tökülüşən, polisi görəndə isə qaçıb bloklara doluşanların videosu paylaşılır, onu çəkən də, şərh yazanlar da gülürlər.

Etikxeber.az-ın xəbərinə görə, bunu sosial şəbəkə hesabında parlamentin komitə sədrinin müavini Sahib Alıyev qeyd edib.

“Əslində bu gülməli yox, ağlamalıdır. Və gördüklərimiz kütlənin sözün hər anlamında maskasız halıdır… Şeytanla çilingağac oynayanların nəzərinə, dünən daha 379 azərbaycanlımızın koronavirusa yoluxduqları təsbit edildi, indiyədək ondan ölənlərimizin sayı 84 nəfərdir, 72 soydaşımızın isə vəziyyətləri olduqca ağırdır…”-deyə, o, sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Deyirlər ki…Faktlarla oynamaq olmaz!-KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Baş Prokurorluq Sumqayıtda baş verən qətllə bağlı- MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir