“Elə birinci döyüşdə sağ qulağım partladı…Hazırda da həmin qulağım eşitmir…Amma hələ də mənə tibbi arayış verməkdən imtina edilir…”-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI ZEYNAL MAHMUDOV – FOTOLAR

Mahmudov Zeynal Elşad oğlu…

Əslən Samuxlu, 1996-cı il təvəllüdlüdür, hazırda da Gəncədə yaşayır…

İkinci Vətən Müharibəsinin iştirakçılarından, 21 sentyabr çağırışçılarından, Qazilərindəndir…

Döyüş yolu da Füzulidən Xocavəndə qədər davam edib…

İlk dəfə də döyüşə 13 oktyabr tarixində girib, atılıb…

“13 oktyabrda döyüşə girmişik…Füzulidən girmişik, Xocavəndə kimi getmişik. Birinci döyüşdə sağ qulağım partlayıb, qulağmdan qan gəlib. Ancaq çox təəssüflər olsun ki, o vaxt müalicə üçün heç yerə müraciət etməmişəm. Ancaq sonra getdim “Papanin”dəki hərbi hospitala, orada sənədlərimi yoxladılar…”-deyən Zeynal həm də qeyd edir ki, amma ona qulağının deşilməsi, partlaması, travma alması barədə tibbi arayış verməyiblər:

“Əlimdə sənədlər də, dəlillər də var ki, qulağım həqiqətən partlayıb, hazırda da bir qulağım eşitmir. Hərbi hissə mənə travma haqqında arayış vermədi. Dedilər ki, sən ancaq məhkəmə qərarından sonra travma haqqında tibbi arayış ala bilərsən…”.

Cəlal həmçinin qeyd edir ki, döyüşlərdə iştirak etsə, travma alsa da, bir qulağı eşitməsə də, dəfələrlə ölümlərdən dönsə də, adı medala da təqdim edilməyib.

“”N” saylı hərbi hissəyə gəldim-medallara görə ki, mənə də medal düşməlidir. Medala adımı yazdılar, yazandan bir saat sonra zəng gəldi ki, sənə medal düşmür, bəs sənin işin prokuraturadadır…Bunun özü də uzun söhbətdir…Heç nədən problemlə üzləşmişik…Nə isə oradan Füzuliyə, Füzulidən sonra da Ağstafaya gəldik…Orada da bir otağa çağırdılar, izahat verdik. Sonra getdik Kəlbəcərə, 25 gün qaldıq, gəldik… Görək bundan sonra başımıza nə gəlir…Amma qulağımın partlaması, eşitməməsi barədə əlimdə sənədlər, dəlillər mövcuddur, hamısını toplamışam, şahidlərim də var.

Sadəcə, hərbi hissədən travma haqqında arayış qalıb, onu da ki, vermirlər…Hesab edirəm ki, səhhətim, döyüşlərdəki xidmətlərim nəzərə alınıb, mənə tibbi arayış verilməlidir…Bundan imtina etmək üçün heç bir əsas yoxdur…İnanıram ki, haqqımda da, haqqımızda da ədalətli araşdırma olacaq və həqiqət üzə çıxacaq…Bununla belə, bütün hallarda mənə tibbi arayış verməmək üçün heç bir əsas, səbəb yoxdur”-deyə, Zeynal sözlərinə əlavə edir…

Bəli, bəzi səbəblərdən Zeynalın başına gələnləri tam təfərrüatı ilə yazmağı məqsədəuyğun saymadım…

Çünki yazılması indiki məqamda doğru olmaz, həm də müsbət əvəzinə, mənfi sonuclar doğura bilər…

Hər şeyi prokurorluq, məhkəmə öz yoluna qoyacaq və qoymalıdır.

Ancaq bununla belə, özünün də qeyd etdiyi kimi, Zeyanla tibbi arayışın verilməməsi heç nə izah edilə, əsaslandırıla və məntiqi sayıla bilməz…

Bütün hallarda Zeynal haqqı tanınmalı, travma alması barədə arayış verilməlidir.

İnanmaq istərdik ki, belə də olacaq!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Körpələr, uşaqlar güləndə, dünya da gülür”-JALƏ ƏLİYEVA YAZDI

Read Next

24 yaşlı-4 medallı gənc hərbi həkim-HAZIRDA DA ƏN ÖN XƏTDƏ OLAN ORXAN EMİNOV!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir