Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda dövlət dili normalarının pozulmasına görə cərimələr müəyyən edilir.
Etikxeber.az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin (MM) bu gün keçirilən iclasında müzakirə edilən “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğində cərimə ediləcəklər.
“Azərbaycan dilində 500 sözü bilən adam jurnalistlik edir”.
Bunu isə millət vəkili Aqil Abbas deyib.
Onun sözlərinə görə, Dilçilik İnstitutu mənasız işlərlə məşğuldur:
“Azərbaycan dilinin orfoqrafik qaydalarını pozanları cərimələyin ki, ağılları başlarına gəlsin. Sovet dövründə jurnalistlər orfoqrafik səhv buraxa bilməzdi. Bəzi nazirlərimiz də var ki, danışıqlarına görə cərimə olunsaydı, gərək maaşını cərimə ödəməyə verərdi. Çünki elə dildə danışırlar ki, heç erməni də o dildə danışmır”.
Sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Etikxeber.az