Elbeqdorj Əliyevə məktub ünvanladı

Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj Azərbaycan Prezidenti  İlham Əliyevə məktub ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, məktubda deyilir:

“Zati-aliləri cənab Prezident.

Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram”.

Etikxeber.az

Read Previous

“Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur” – MİLLƏT VƏKİLİ

Read Next

Erməni əsilli Marat Ueldanova 8 il həbs cəzası verildi – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir