Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Eks- prezident, Milli-azadlıq hərəkatının lideri mərhum Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Etikxeber.az-ın xəbərinə görə, A. Səmədbəyli bu barədə öz “Facebook” səhifəsində yazıb.
O, cənazə xərclərini öz üzərinə götürdüyünə və çələng göndərdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib.
A. Səmədbəyli həmçinin, Azərbaycan rəsmilərinə, türkiyəli millət vəkillərinə, azərbaycanlı siyasətçilərə, müxalifət liderlərinə, Türkiyənin dövlət və siyasət adamı Meral Akşənərə və digərlərinə Elçibəy ailəsi adından minnətdarlıq ifadə edib.
Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib. Onun cənazəsi Azərbaycana gətirilərək,
Naxçıvanın Ordubad rayonunun Kələki kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.
Etikxeber.az