“Elçibəyin İsa Qəmbərə etimadı tam idi və…”-PƏNAH HÜSEYN 27 İL ÖNCƏ MÜZAKİRƏ EDİLƏN MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

Bu gün saytlardan birində 1993-cü ilin aprelində eks-spiker İsa Qəmbərin Müdafiə naziri vəzifəsinə təyin olunmasının müzakirə edilməsi məsələsi barədə yazı gedib.

Etikxeber.az-ın xəbərinə görə, yazıda qeyd edilir ki, bu informasiya KİV-də ilk dəfə sabiq baş nazir Pənah Hüseyn tərəfindən, o, 1997-ci ildə həbsdən çıxdıqdan sonra “7 gün” qəzetinə verdiyi geniş müsahibədə dilə gətirilib.

P. Hüseyn isə öz sosial səbəkə hesabında adıçəkilən məsələ ilə bağlı bunları qeyd edib:

“Qeyd etməyi lazım bilirəm ki, o vaxt bu informasiya ilə bağlı adı keçən dövlət xadimləri tərəfindən dediklərimə təkzib və ya düzəliş verilməyib, yəni, doğru olduğu təsdiqlənib. Lakin yazıda təəssüf doğuran ondan ibarətdir ki, anonim mənbəyə istinad edilərək iddia olunur ki, güya o vaxt bu təyinatın olmamasında “o dövrdə hakimiyyətdə yer tutan bəlli bir qruplaşma prezidentə “İsa Qəmbərə silah, ordu versəniz tezliklə sizin kürsünüzdə əyləşəcək” deməsinin təsiri olub. Ola bilər ki, müəllifin bu iddiası, sadəcə, yazıya maraq oyatmaq, çoxdan məlum olan mövzuya bir sirr haləsi vermək niyyətilə edilmiş “yaradıcılıq”dır.

Lakin müəllifin niyyətindən asılı olmayaraq bu uydurma Elçibəy-İsa Qəmbər münasibətlərinə xoş olmayan bir kölgə gətirir. Halbuki həm 1997-ci il tarixli müsahibədə, həm sonralar, həm də elə dünən bununla suala cavabda mən bu məsələyə birmənalı aydınlıq gətirmişəm. O vaxt qüvvədə olan Konstitusiyaya görə, Prezident olmadıqda, onun səlahiyyətləri Ali Sovetin sədrinə keçirdi və Elçibəy bildirdi ki, o, yarana biləcək hər hansı gözlənilməz situasiyalarda onu əvəzləyəcək şəxsin məhz İsa Qəmbər olmasını zəruri sayır.

4 iyundan sonra müxalifətə Ali Sovet sədri vəzifəsinin deyil, Baş Nazir postunun təklif edilməsi də bununla bağlı idi. Prezidentin İsa Qəmbərə etimadı tam idi və təsadüfi deyil ki, illər keçdikdən sonra da Elçibəy “Məni lider qəbul edənlər, məndən sonra İsa Qəmbəri lider kimi qəbul etsinlər” demişdi…”.

Etikxeber.az

Read Previous

“Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin…”-“TƏBİB”-DƏN MÜRACİƏT

Read Next

İsraildə səfirliyi hansı dövlət açacaq: Ermənistan yoxsa Azərbaycan?-TƏHLİL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir