Elçin Mirzəbəylidən Terminologiya Komissiyasına tövsiyə: ” BƏZİ TERMİNLƏRƏ TOXUNMAQ OLMAZ”

Terminologiya Komissiyasın bəzi sözlərin, terminlərin Azərbaycan dilində qarşılığını müəyyənləşdirilməsinə çox müsbət yanaşıram. Amma mənə elə gəlir ki, bütün dünyada qəbul olunmuş siyasi, iqtisadi və s. terminlərə toxunmaq lazım deyil. 

Məsələn, “Embarqo” iqtisadi-siyasi termindir. Terminologiya Komissiyasının təqdim etdiyi “qadağa” sözü isə “embarqo” termininin daşıdığı yükü tam anlamıyla əhatə etmir.

“Embarqo” hər hansı bir dövlətlə iqtisadi-ticari əlaqələrin tam, yaxud qismən kəsilməsi yolu ilə ona iqtisadi-siyasi təsir göstərilməsi anlamını verir. “Embarqo” beynəlxalq təhlükəsizliyi təhdid edən dövlətlərə qarşı ən çox istifadə olunan siyasi təzyiq formasıdır. 

Teminlər ona görə yaradılır ki, iqtisadi, siyasi, sosial və digər anlayışları daha konkret, lakonik şəkildə ifadə etmək mümkün olsun.

Yəni “embarqo” sözü “qadağa”dan fərqli olaraq heç bir əlavə şərh verilmədən daşıdığı məna yükünü ətraflı şəkildə ifadə edir. 

Kompyuter “mouse”-nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklifini də uğurlu hesab etmirəm.

Çünki bütün əməliyyat sistemlərində “bələdçi” funksiyası var.

Elçin MİRZƏBƏYLİ,

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru

Etikxeber.az

Read Previous

Gəncədə silahlı insident baş verdi – DİN AÇIQLAMA YAYDI

Read Next

Daha bir tanınmış yazardan Terminologiya Komissiyasına ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir