Eldəniz Səlimov xaçmazlılara səsləndi: “Dəyişikliklərə “hə” deməyə çağırıram” – FOTOLAR

Bildiyiniz kimi, “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum aktının layihəsi Prezidentimiz İlham Heydər oğlu Əliyev tərəfindən verilib. Burada da 29 dəyişiklik nəzərdə tutulur ki, bunlardan 23 maddə də dəyişiklik, 6 maddə isə əlavə olunur“.

Etikxeber.az xəbər verir ki, bunu milləıt vəkili Eldəniz Səlimov deputat seçildiyi Xaçmaz rayonunda 26 avqust referendumu ilə bağlı təşviqat-təbliğat kampaniyası çərçivəsində keçirilən görüşlərdən birində səsləndirib.

O, deyib ki, dəyişikliklərin böyük əksəriyyəti insan, vətəndaş hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Onun sözlərinə görə, artıq iyirmi beş ildir ki, Azərbaycan xalqı ictimai-siyası, sosial-qitsadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır.

“Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyası, mədəni, bir sözlə bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artmaqdadır. Hədəflənən nəticələrin əldə olunması, sosial islahatların həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi- referendum sentyabrın 26-da keçiriləcək. Konstitusiyaya təklif edilən dəyişikliklər çağdaş dövrümüzün tələblərinə uyğundur. Bu dəyişikliklər Konstitusiyamızın möhkəmlənməsinə, idarəçilik sisteminin təkmilləşməsinə xidmət edir. Referendum aktının layihəsində bütün maddələr hədəflərə yönələn uğur gətirən dəyişikliklərdir.

Bu dəyişikliklərin biri də Konstitusiyaya əlavə olunan 98-1 maddəsidir. Bu maddədə qeyd olunur ki, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə, bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Bu halda Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir. Aydın görünür ki, bu problemlər ödənilmədikdə Milli Məslisinə buraxılmasına zəzuzət yaranır.

103 maddəsi isə Azərbaycan Respublikasının Vitse-prezidenti barədədir. Respublikamızda yeni bir institut Vitse-prezident institutu yaradılır. Əsas məqsəd ölkəmizin inkişafı, tərəqqisi və dünya ölkələri arasında mövqeyinin irəliləməsi, müxtəlif konvensiyalara qoşulmasıdır. Bu baxımdan, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin çoxluğu cənab prezidentimizin iş qrafikini sıxlaşdırır. Cənab prezidentimizə hər birimiz yardımçı olmalıyıq ki, qlobal məsələlərin həllində kifayət qədər vaxtı qalsın. Vitse- prezidentlər institutu da buna xidmət edəcək, yəni, ölkəmizin daha da inkişafı üçün operativ tədbirlər həyata keçiriləcək.

Mən Sizləri ölkəmizin inkişafı, dünya ölkələri arasında nüfuzunun daha da möhkəmlənməsi naminə xalqımızın gələcəyi naminə möhtərəm prezidentimiz ətrafına sıx birləşməyə dəvət edir və referendumda qoyulan dəyişikliklərə “hə” deməyə çağırıram. Xaçmazlılar həmişə Dövlətə, Dövlətçiliyə, Prezidentimizə sadəqətli olublar, dəstək olublar, bu seçkidə də bir daha sədaqətlərini nümayiş etdirəcəklər. Haminizi 26 sentyabr 2016 ci il tarixdə referenduma dəvət edirəm”-deyə, millət vəkili əlavə edib.

 

14249137_602205719961110_433520915_n 14249184_602205643294451_1866848338_n 14269521_602205619961120_1406256925_n 14269526_602205629961119_1152727975_n

el-1

Etikxeber.az

Read Previous

Fərid Mansurov yeni vəzifəyə təyin olundu

Read Next

15, 24, 93 və 172 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir