Eldəniz Səlimov bu dəfə kimlərlə- BİR ARAYA GƏLDİ? – FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının qərargahında 9 fevral tarixində keçiriləcək Milli Məclisə (MM) seçkilərə hakim partiya tərəfindən namizədliyi irəli sürülən millət vəkili Eldəniz Səlimovun rayonun mədəniyyət işçiləri ilə görüşü keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, görüşü giriş sözü ilə YAP Xaşmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov açaraq bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan islahatların nəticəsidir ki, Azərbaycan dövləti günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır:

“Bütün bunlara görə, Azərbaycan dövlətinə və ölkə Prezidentinə təşəkkür edir və minnətdarlığımızı bildiririk”.

O, sonra deputatlığa namizədin ötən çağırışdakı fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə deputatlığa namizədin özü də çıxış edib, 9 fevral seçkilərinin Azərbaycan tarixində mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb:

“Bu seçkilər ölkədə islahatların və demokratik inkişafın dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir”.

Tədbir zamanı iştirakçılardan Nazim Ağayev, Telnaz Adıgözəlova, Fərid Musayev, Elmira Bağırova, Hadisə Mehdiyeva, Könül Əsgərova və başqaları çıxış edərək, 9 fevral seçkilərində YAP-ın namizədinə səs verməklə, YAP-a, Azərbaycan dövlətinə, dövlətin uğurlu siyasətinə, Heydər Əliyev ideyalarına səs vermiş olacaqlarını vurğulayıblar.

Qeyd edək ki, parlamentin Aqrar siyasət, o cümlədən, Gənclər və idman komitələrinin üzvü olan E. Səlimov Xaçmazı MM-də təmsil edən iki millət vəkilindən biridir.

O, sonuncu-5-ci çağırışda MM-in üzvü seçilib və namizədliyi ikinci dəfə YAP tərəfindən irəli sürülüb.

Fəal millət vəkillərindəndir.

Etikxeber.az

Read Previous

“Görüş yerinə gələndə məlum oldu ki…” – AYDIN MİRZƏZADƏ

Read Next

“Hamının qapısını döydüm və…” – AFƏT TELMANQIZI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir