Eldəniz Səlimova həm xaçmazlılardan, HƏM DƏ HƏMKARINDAN VƏ İDMANÇILARDAN DƏSTƏK GƏLDİ – FOTOLAR

9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə (MM) seçkilərə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş millət vəkili Eldəniz Adil oğlu Səlimovun görüşünə Xaçmaz rayon ictimaiyyətinin nümayəndələri və yerli idmançılarla görüşü olub.

Görüşə həmçinin onun seçki kampaniyasına dəstək olaraq Kikboks Federasiyasının prezidenti, 4-cü dəfə deputatlığa namizəd Adil Əliyev və bir qrup idmançı qatılıb.

Etikxeber.az-ın xəbərinə görə, YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev görüşü açaraq bildirib ki, ölkə Prezidenti tərəfindən aparılan uğurlu islahatların nəticəsidir ki, dövlətimiz günü – gündən inkişaf edir, iqtisadiyyatımız güclənir:

“Həmçinin, insanların rifah halı yaxşılaşır və bütün bunlara görə möhtərəm Prezidentimizə təşəkkür və minnətdarlığımızı bildiririk”.

O, sonra E. Səlimovun 5-ci çağırışda fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Görüş zamanı həmçinin deputatlığa namizədin özü, o cümlədən, millət vəkili A.Əliyev və digərləri çıxış ediblər.

Bütün çıxışçılar, görüş iştirakçıları E. Səlimova dəstəklərini ifadə ediblər.

Xatırladaq ki, E. Səlimov 5-ci çağırış MM-in Gənclər və idman, eləcə də, Aqrar siyasət komitəsinin üzvüdür.

Etikxeber.az

Read Previous

“Gəlin onları qoruyaq” – MİLLƏT VƏKİLİNDƏN ÇAĞIRIŞ – FOTOLAR

Read Next

Böyük İpək Yolunun bərpası-tarixi təşəbbüs… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir