Eldar İbrahimov: “Bu da təsadüfi deyil…”

“Hazırda sabitlik və təhlükəsizlik kimi məsələlər qlobal miqyasda böyük aktuallıq daşıyır. Bu da təsadüfi deyil. Çünki son illərdə ayrı-ayrı ölkələr məhz daxili sabitliyin pozulmasının çox ciddi fəsadları ilə üzləşib. Belə ölkələrdə, aydın məsələdir ki, inkişafdan, quruculuqdan, insanların firavan həyatından söhbət gedə bilməz. Qlobal miqyasda yaşanan gərginliklərin fonunda Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, respublikamızda möhkəm xalq-iqtidar birliyi hökm sürür”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, son 13 ildə ölkəmizdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət böyük uğurlarla yadda qalıb.

Onun sözlərinə görə, Azərbaycan iqtidarı ölkənin perspektiv siyasətini müəyyənləşdirərkən, bir qayda olaraq, cəmiyyətdən gələn sosial sifarişləri əsas götürür. Dövlət və cəmiyyət maraqlarının üzvi şəkildə əlaqələndirilməsi son nəticədə ölkədə daxili sabitliyin qorunması, inkişafın ardıcıllığının təmin olunması üçün əsas amillərdən biri qismində çıxış edir.
“Ölkədə möhkəm daxili sabitliyin təmin olunması öz növbəsində beynəlxalq aləmdə Azərbaycanın müsbət imicini daha da möhkəmləndirir, respublikamıza inamı daha da artırır. Məhz bunun nəticəsidir ki, son illərdə respublikamız bir sıra beynəlxalq tədbirlərin, humanitar forumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilib. Təkcə 2016-cı ildə Azərbaycan 80-dən çox ölkənin təmsil olunduğu V Bakı Beynəlxalq Humanitar Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna, 500 milyon auditoriyası olan “Formula-1” yarışına, 200 ölkənin idmançılarının qatıldığı Ümumdünya Şahmat Olimpiadasına və digər belə tədbirlərə uğurla ev sahibliyi edib. Ötən il Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələri respublikamızda iqtidar-xalq həmrəyliyinin kifayət qədər yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Məlumdur ki, referendumda Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz razılığını ifadə etdi. Bu isə onun əlamətidir ki, Azərbaycan iqtidarının cəmiyyətdə nüfuzu kifayət qədər yüksəkdir və dövlət siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir. Hesab edirəm ki, uğurlarımız 2017-ci ildə də davam edəcək”– deyə, o, sonra vurğulayıb.

Etikxeber.az

Read Previous

Əliyev Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verdi – FOTO

Read Next

“Son iclas da tarixi və olduqca əhəmiyyətli bir iclasdır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir