Eldar İbrahimov: “Ermənilər təkcə məğlub olmadılar, sındırıldılar və…”

“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ilkin olaraq 4 milyon manat vəsaitin ayrılmasını və məcburi köçkünlərin öz doğma torpağına qayıdışını Dağlıq Qarabağa qayıdışın bir əlaməti hesab edirəm. Bu, böyük və tarixi əhəmiyyətli hadisədir”.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri  Eldar İbrahimov deyib.

“Bu sərəncam bir daha Azərbaycan Prezidentinin siyasi iradəsini və qətiyyətini göstərir”-deyən komitə sədrinin sözlərinə görə, bu, eyni zamanda, ötən ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əmıiyyatların məntiqi davamı, o cümlədən,  Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsi ilə bağlı dünyaya verilən növbəti mesajdır.

“Bildiyiniz kimi, ötən ilin dördgünlük aprel döyüşlərində çox mühüm və əsaslı dönüşə nail olundu. Ermənilər, işğalçılar təxribat törədərək Azərbaycanı qorxutmaq istəyirdilər. Amma əvəzində Azərbaycan ordusu erməni ordusuna elə bir zərbə vurdu ki, səsi bu gün də eşidilməkdədir. Ermənilər təkcə məğlub olmadılar, sındırıldılar, nəinki Qarabağ torpağından, Yerevandan da baş götürüb qaçırdılar. Bu gün də nə Ermənistan, nə onun kriminal rəhbəri, rəhbərliyi özünə gəlib, nə danışdığını, nə etdiyini başa düşmürlər. Çünki onların alınmaz saydıqları istehkamları aldıq, möhkəmləndirilmiş sərhədlərini darmadağın etdik, silahlarımızın sadəcə, bir qisminin gücünü onlara göstərdik və böyük qələbə, böyük zəfər əldə etdik. İnşallah, bunun davamı da gələcək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün torpaqlarımızı geri qaytaracağıq”-deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in komitəsi iclaslarını rayonlarda keçirəcək

Read Next

Taleh Bağırova 20, Fuad Qəhrəmanlıya 10 illik həbs cəzası verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir