Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sentyabrın 16-da Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi.
Etikxeber.az xəbər verir ki, iclasda komitənin 2016-cı il yaz və növbədənkənar sessiyalarında gördüyü işlər və bu ilin payız sessiyasının qanunvericilik işləri planından danışıldı.
Komitə sədri Eldar İbrahimov bildirdi ki, hesabat dövründə komitənin 7 iclası keçirilib. Bu iclaslarda 14 məsələ, o cümlədən 11 qanun layihəsi geniş müzakirə edilib. Bu qanun layihələrinin hər biri Milli Məclis tərəfindən qəbul edilib. Eyni zamanda, vətəndaşların qəbulu, ərizə və müraciətlərə baxılması sahəsində də müntəzəm iş aparılıb. Belə ki, dövr ərzində komitəyə 138 vətəndaşın müraciəti daxil olub, həmin müraciətlər tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib.
Etikxeber.az