Eldar Ibrahimov: “Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması…”

Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun Xacmaz rayonunun Xudat qəsəbəsində 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar seçicilərlə görüş keçirilib.

Etikxeber.az xəbər verir ki, görüşdə giriş sözü ilə çıxış edən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bu ilin 26 sentyabrında ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendum haqqında geniş məlumat verib. O, bildirib ki, konstitusiya hər bir vətəndaşın hüquqlarının təminatçısı və orada hər hansı əlavə və dəyişiklik isə seçicilərin iradəsi ilə baş verir: “Ölkənin bütün qanunvericilik bazası konstitusiyaya əsaslanır. Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi tarix zərurətdən yaranır. Bu zərurət xalqın istək və arzusudur, sosial sifarişdir“.
Görüşdə çıxış edən “Yeni Azərbaycan” Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi -Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin xalqımızın rifahı, mənafeyi, hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib: “Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması təklifi vaxta və dövlət büdcəsinə qənaət etməklə yanaşı, prezidentin öz üsul-idarəsinin daha da möhkəmləndirilməsinə, milli təhlükəsizliyimizin təminatına səbəb olacaq“.
Yığıncaqda millət vəkilləri Ziyad Səmədzadə, Eldəniz Səlimov, İlham Əliyev, Tahir Süleymanov və Mahir Aslanov çıxış edərək Konstitusiya İslahatlarının cəmiyyətin istək və arzusundan irəli gələrək, vətəndaşlarımızın suveren hüququ olduğunu bildiriblər. Millət vəkilləri vurğulayıblar ki, Konstitusiya İslahatları Azərbaycanın inkişafına xidmət edir, buna görə də, xalq tərəfindən dəstəklənir. Əminliklə söyləmək olar ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti bu əlavə və dəyişikliklərə yekdilliklə səs verəcək. Çünki bu islahatlar inkişafın davamlı olmasını təmin edəcək.
Görüşdə qəsəbə seçicilərindən Ofelya Sərkərova, milli qəhrəman atası Əlibala Şahbazov və başqa seçicilər Konstitusiya İslahatlarını dəstəklədiklərini vurğulayıblar.
Günün ikinci yarısı Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun Xaçmaz rayon şöbəsi qadın seçicilərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun üzvü, YAP Xaçmaz rayon təşkilatının qadınlar şurasının sədri Sevinc Sədullayeva konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı fikirlərini bildirib. O, ölkə vətəndaşlarının, o cümlədən, qadınların sentyabrın 26-da Referendum Aktına səs verəcəklərinə əmin olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin ölkəmizin və xalqımızın inkişafına xidmət etdiyini deyən S.Sədullayeva Konstitusiya İslahatlarının dövlətçiliyimizin daha da güclənməsinə səbəb olacağını qeyd edib.
Tədbirdə çıxış edən qadın seçicilərdən Ülkər Hacıyeva, Könül Əsgərova, Mətanət Şıxəliyeva, Raisa Cavadova, Dilda Mövlanova və başqaları Azərbaycan qadınlarının cəmiyyətin aparıcı qüvvələrindən olduğunu bildiriblər. Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışan çıxışçılar bildiriblər ki, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı öz fəallığı ilə fərqlənəcək və referenduma deyəcək.

eldeniz-5

ziyad

Etikxeber.az

Read Previous

Tovuzdakı qətl deputatı Parisdən təcili rayona telefon açmağa məcbur etdi

Read Next

“Yeni nəfəs – 2” adlı qısametrajlı ssenari müsabiqəsinin vaxtı uzadıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir