Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Özbəkistan parlamentinin Ali Məclisinə seçkilər keçirilir.
Respublika ərazisində seçki məntəqələri Daşkənd vaxtı ilə saat 8:00-da (Bakı vaxtı ilə 7:00) açılıb.
Etikxeber.az xəbər verir ki, səsvermə üçün 10 260 seçki məntəqəsi yaradılıb, onların 55-i dünyanın 36 ölkəsində formalaşdırılıb.
Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçki siyahılarına 20,5 milyon seçicinin adı salınıb, 1,7 milyon vətəndaş isə xarici ölkələrdə səs verəcək. 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparır. Seçkilərdə ölkədə fəaliyyət göstərən beş siyasi partiya – “Milli Dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, “Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyası iştirak edir.
Seçkiləri 800-dən çox beynəlxalq, 140 min yerli müşahidəçi, o cümlədən Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, ATƏT Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələri izləyir. ATƏT ilk dəfədir ki, Özbəkistanda keçirilən seçkilərə 300 nəfərlik missiya göndərib. ATƏT Parlament Assambleyası da ölkədəki seçkiləri ilk dəfədir müşahidə edir.
Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü Cavanşir Paşazadə də beynəlxalq müşahidəçilər arasındadır.
Etikxeber.az