Eldar Mahmudovun “sağ əli” və ya “Akula”sı həbs olunub? – YENİLƏNİB

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun axtarışda olan ən yaxın adamı İspaniyada həbs edilib.

Etikxeber.az bildirir ki, APA-nın İspaniyanın “lavanguardia.com” saytına istinadən məlumatına görə, “Akula Akif” ləqəbi ilə tanınan Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində saxlanılıb.

Saytın yazdığına görə, o, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün biznesmendən 285 min dollar alınmasında təqsirli bilinir.

Hazırda Akif Mustafayevin Azərbaycana ekstradisiya olunması istiqamətində iş aparılır.

Qeyd edək ki, A. Mustafayev E. Mahmudovun ən yaxın adamlarından olub. O, “MTN işi”ndə adı keçdiyi üçün ölkədən qaçıb.

Azərbaycan hüquq-mühafizə orqanları A. Mustafayevi rüşvətxorluqda təqsirli bilərək barəsində İnterpol xətti ilə axtarış elan edib.

A. Mustafayev E. Mahmudovun “sağ əli” sayılırdı.

***

“Akif Mustafayev İspaniyanın Loret-de-Mar şəhərində 10 gün əvvəl saxlanılıb, elə həmin gün də azadlığa buraxılıb”.

Bunu APA-ya açıqlamasında A. Mustafayevin vəkili Abbas Atakişiyev deyib.

A. Atakişiyev bildirib ki, A. Mustafayev axtarışda olduğu üçün saxlanılıb.

Vəkil A. Mustafayevin hansı səbəbdən azadlığa buraxıldığını bilmədiyini söyləyib.

A. Mustafayevin hazırda İspaniyada olmadığını da qeyd edən vəkil onun hansı ölkədə olduğunu açıqlamaq istəmədiyini bildirib.

Etikxeber.az

Read Previous

Əli Həsənov : “Əsas təhlükəsizlik problemimiz Qarabağ münaqişəsidir…”

Read Next

Dəyəri 500 milyard dollar olan 17 ton kokain tutulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir