Eldar Namazovun qohumu getdi-HİDAYƏTİN BACISI OĞLU PA-YA GƏLDİ-ŞÖBƏ MÜDİRİ OLDU – SƏRƏNCAMLAR

Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi postu ləğv edilib.

Etikxeber.az-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının (PA) yeni strukturu barədə sərəncamında əksini tapıb.

 Qeyd edək ki, Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə olub.

Onu da qeyd edək ki, D. Seyidzadə Prezident Katbliyinin sabiq rəisi Eldar Namazovun yaxın qohumu (xalası) idi.

Bununla yanaşı, mədəniyyət nazirinin uzun illər müavini olmuş Ədalət Vəliyev ölkə Prezidentinin  Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Ə. Vəliyev tanınmış şair, Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayətin (Hidayət Orucovun) bacısı oğludur.

60 yaşlı Ə. Vəliyev 5 mart 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Ailəlidir. İki övladı və dörd nəvəsi var.

Etikxeber.az

Read Previous

“Hamını İlham Əliyevin ətrafında birləşməyə çağırıram” -ƏLİ HƏSƏNOVDAN İLK AÇIQLAMA

Read Next

Prezidentin köməkçilərinin sayı-8-DƏN 9-A QALDIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir