“Eleanor” 1 nəfərin ölümünə, 15 nəfərin yaralanmasına səbəb oldu – FRANSADA – FOTO

Eleanor qasırğası Fransanın 51 departamentində həyatı iflic vəziyyətinə salıb. Qasırğanın sürəti bəzi departamentlərdə saatda 200 kilometrə çatıb. Qasırğa keçdiyi ərazilərdə ciddi dağıntılara səbəb olub.

Etikxeber.az xəbər verir ki, ilkin nəticələrə görə, bir nəfər həlak olub, 4-ü ağır olmaqla 15 nəfər yaralanıb. Üç yüz min ev elektriksiz qalıb. Gün ərzində 4300 təcili yardım çağırışı olub.

Avropanın bir çox ölkələri qasırğadan zərər çəkib, yaralanan və ölənlər var.

Fransada hava limanlarında təyyarələrin uçuşları və qatarların hərəkəti bərpa olunub.

Qasırğa cənuba doğru irəliləyir.

Etikxeber.az

 

Read Previous

İki minik avtomobilinin toqquşması 10 nəfərin həyatına son qoydu – RUSİYADA

Read Next

“Şalke” “Yuventus”un futbolçusunu icarəyə götürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir