“Elektron imza” sertifikatlarının sayı 97 mini ötüb

 

“Elektron imza” virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitə, təsdiqedici komponentdir. Bu, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.

Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi “Elektron imza” virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Məhz bu səbəbdən ondan istifadə bu gün yetərincə aktualdır və ümumən “Elektron imza” istifadəçilərinin sayı artmaqda davam edir.

“Elektron hökumət” portalından Etikxeber.az-a bildirilib ki, “Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari il oktyabrın 1-dək olan statistikaya əsasən, dövlət qurumları üzrə 64008, fiziki şəxslər üzrə 16590, hüquqi şəxslər üzrə isə 16526 olmaqla, ümumilikdə 97124 “Elektron imza” sertifikatı Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində istifadəyə verilən “Elektron imza” sertifikatının ümumi sayı 19892 təşkil edib. Onlardan dövlət qurumlarının payına 16470, fiziki şəxslərin payına 772, hüquqi şəxslərin payına isə 2650 “Elektron imza” sertifikatı düşüb.

Etikxeber.az

Read Previous

Millimizdən sıçrayış…

Read Next

Mədəniyyət və turizm naziri Masallıya niyə gedir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir