Ailənin tək oğlu, dörd bacının tək və subay qardaşı idi…Tovuz döyüşlərində iştirak etdi, İkinci Vətən Müharibəsinin başa çatmasına 6 gün qalmış isə Şəhid oldu, bacısı oğluna da Onun adı verildi-BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ OLAN KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLi MƏMMƏDOV – FOTOLAR

Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidi Əli Əvəz oğlu Məmmədovun doğum günüdür.

Əli Məmmədovun bu gün-1 sentyabr 2026-cı il tarixində 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az-n xəbərinə görə, Əli Məmmədov 1998-ci ilin sentyabr ayının 1-də Kürdəmirin Atakişili kəndində Məmmədovlar ailəsində dünyaya gəlib.

Evin-ailənin tək oğlu və dörd bacının yeganə qardaşı idi.

2004-cü ildə Kürdəmir rayon Vüqar Qurbanov adına tam orta məktəbə gedən Əli 2013-cü ildə 9-cu sinfi tamamlayaraq Bakı Neft Energetika Kollecinə daxil olub.

Kolleci bitirməsinə üç ay qalmış-2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan sonra hərbiyə olan sevgisi sayəsində bu sahədə xidməti davam etdirib.

Həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

O, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində dövlət sərhədimizi pozaraq təxribat törədən düşmənin ağır itkilər verərək geri oturdulması əməliyyatlarında iştirak edib.

Eyni zamanda, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü-kəşfiyyatçı kimi tarixi 44 günlük İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

Suqovuşanın, Talışın azad olunmasında iştirak edib, Tərtər-Ağdərə, Kəlbəcər, Füzuli istqamətlərində-müxtəlif nöqtələrdə döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib.

Əli Məmmədov müharibənin başa çatmasına cəmi 6 gün qalmış, 2020-ci ilin noyabrın 4-də Kəlbəcər istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi səhərisi gün, noyabrın 5-də öz doğma kəndlərinə gətirilərək, Şahsevən kənd qəbiristanlığında-Şəhidlər məzarlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

22 yaşında Şəhidlik məqamına ucalan Əli Məmmədov həm də subay olub.

Eyni zamanda, bacısı Ayşənin övladı Onun adını daşıyır.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində uyusun!

Etikxeber.az

Read Previous

Şəhid ailələrinin iştirakı ilə 42 yaşı tamam olan Şəhidsevər Ülvi Quliyev üçün unudulmaz doğum günü-MƏCLİSİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Əslən Qazaxlı olsa da, Beyləqanda dünyaya gəldi, amma Sumqayıtda yaşadı…Ailənin iki övladından biri, evin tək oğlu, ailəli, iki övlad atası idi…Oktyabrın 21-də Hadrutda Şəhadətə qovuşdu – Ali-hərbi təhsilli, peşəkar hərbçi idi…İkinci Vətən Müharibəsində iştirak etdi, 2022-ci ildə-“Qisas” əməliyyatında isə Şəhid oldu, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi-BU GÜN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİ OLAN ƏLİZAMİN MUSTAFALI VƏ ƏLİ ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir