Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidlərindən Lənkəranlı Əli Məcid oğlu Mehdizadənin Şəhadət günüdür.
Sabah-1 noyabr 2026-cı il tarixində Əli Məcidzadənin Şəhadətindən altı il ötür.
Etikxeber.az xəbər verir ki, 2001-ci ilin avqust ayının 15-də Lənkəran şəhərində dünyaya gələn Əli Mehdizadə isə ailənin 4 övladından biri idi.
Ailədə 3 qardaş və 1 bacı olublar.
Qardaşı Əhməd Mehizadə bu ilin fevral ayında, 21 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Əli orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan bir müddət sonra-2019-cu ilin payızında həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Ordusunun Əsgəri, Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsi zamanı Murovdağ, Xocavənd, Hadrut, Cəbrayıl və Şuşa istiqamətlərində döyüşüb.
Müharibənin başa çatmasına cəmi 9 gün qalmış, noyabr ayının 1-də isə Daşaltı istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.
Nəşi 2 gün sonra-3 noyabr tarixində Lənkəran şəhər qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və 6 medal ilə təltif olunub.
Əlinin digər qardaşı Murad da İkinci Vətən Müharibəsinin iştirakçılarındandır, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Murad həm də ailəlidir.
Əli özü isə subay idi.


***
Sabah eyni zamanda, İkinci Vətən Müharibəsi Şəhidlərindən Sənan Şahin oğlu Abdullayevin həm Anım, həm də Cənnətdəki doğum günüdür.
Sənan Abdullayevin sabah-1 noyabr 2026-cı il tarixində Əbədiyyətə uğurlanmasından altı il ötür.
Sabah həm də 28 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Qeyd edək ki, əslən Zəngilanlı, özü isə Bakılı olan 1 noyabr 1998-ci il təvəllüdlü Sənan Abdullayev ailənin üç övladından, iki qardaşdan biri və subay olub.
O, İkinci Vətən Müharibəsi zamanı oktyabrın 5-də Füzuli istiqamətində Şəhid olub və nəşi 26 gündən sonra, doğulduğu gündə, 22 yaşının tamamında, 2020-ci ilin 1 noyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən olan sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.



Onu da qeyd edək ki, Şəhidin əmisi Eynur Abdullayev də Şəhiddir.
O, Birinci Qarabağ Savaşı zamanı Şəhid olub.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





