Elina Hacıyevanın intihar işinə xitam verildi – SEVİNC ABBASOVANIN MƏHKƏMƏSİ BAŞLADI

Elina Hacıyevanın intihar işinə xitam verilib.

Etikxeber.az xəbər verir ki, bu barədə APA-ya E.Hacıyevanın ailəsinin hüquqi nümayəndələri Emin İsayev Sevinc Əliyeva məlumat verib.

Onların sözlərinə görə,hadisə ilə bağlı ilk olaraq Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin sonradan istintaq bu işə xitam verib. İstintaq Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə davam etdirilib və yekunlaşdıqdan sonra baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

mahkama

Qeyd edək ki, Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkən Elina Hacıyevanın nümayəndələri vəsatət verərək istintaqın gedişində kobud qanun pozuntularına yol verildiyi üçün işin yenidə istintaqa qaytarılmasını istəyiblər. Onlar bildiriblər ki, istintaqda Elinanı müayinə edən həkimlər barəsində heç bir araşdırma aparılmayıb. Hakim vəsatəti təmin etməyib.

Vəkillər daha sonra direktor barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəz olunması ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə bu vəsatəti də təmin etməyib.

Daha sonra Elina Hacıyevanın nümayəndələri dəymiş mənəvi zərərə görə, həm Təhsil Nazirliyi, həm də S.Abbasovaya qarşı 100 min manatlıq mülki iddia qaldırıb. Vəsatət məhkəmənin icraatına qəbul edilib.

Məhkəmə baxışı sentyabrın 18-ə təyin edilib

Etikxeber.az

Read Previous

Sabah hava necə olacaq?

Read Next

Gülər Əhmədova Elşad Abdullayevi – “KİŞİLİYƏ” SƏSLƏDİ, “CAVAB VER”-DEDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir