Əliyevlə Ərdoğan bu dəfə Bişkekdə-GÖRÜŞDÜLƏR – FOTO

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Etikxeber.az xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu.

Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi.

Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdilər.

Etikxeber.az

Read Previous

Əslən Qazaxlı olsa da, Beyləqanda dünyaya gəldi, amma Sumqayıtda yaşadı…Ailənin iki övladından biri, evin tək oğlu, ailəli, iki övlad atası idi…Oktyabrın 21-də Hadrutda Şəhadətə qovuşdu – Ali-hərbi təhsilli, peşəkar hərbçi idi…İkinci Vətən Müharibəsində iştirak etdi, 2022-ci ildə-“Qisas” əməliyyatında isə Şəhid oldu, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi-BU GÜN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİ OLAN ƏLİZAMİN MUSTAFALI VƏ ƏLİ ƏLİYEV – FOTOLAR

Read Next

“Çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir…”-İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir