Elman Nəsirov: “Anti-Azərbaycan dairələri çalışırlar ki, ölkəmizin müstəqil daxili və xarici siyasət yürütməsinin qarşısını alsınlar”

“Təəssüf ki, Azərbaycana qarşı müəyyən beynəlxalq siyasi dairələr tərəfindən qərəzli kampaniya aparılır. Avropa Şurasının baş katibi  Yaqlandın timsalında bu gün bu yanaşmanı görürük. Prezident İlham Əliyev Avropa İtiifaqı Şurasının nümayəndə heyəti ilə görüşündə  bu kampaniyanın mahiyyətindən də danışdı. Qeyd etdi ki, kampaniya ilk növbədə dünyada müəyyən siyasi, iqtisadi, maliyyə rıçaqlarına malik olan erməni lobbisinin və diasporunun fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, beynəlxalq QHT-lər bəzi dairələrin əlinə alət olaraq Azərbaycana qarşı təziyq göstərmək üçün istifadə edilir”.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Elman Nəsirov dilə gətirib. Onun dediyinə görə,  ölkə prezidentinin də vurğuladığı kimi, bütün bu yanaşmalar kökündən səhvdir, Azərbaycanı demokratiyanın olmamasında ittiham etmək, insan haqlarının vəziyyəti lə bağlı yalanlar söyləmək ədalətə söykənmir. O, deyib ki,  əksinə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir, insan haqları tam müdaifə olunur, fundamental hüquqlar, söz, mətbuat, sərbəst toplaşmaq, dini azadlıqlar tam təmin edilir.  Millət vəkili eyni zamanda bildirib ki, ölkə əhalisinin 70 faizi internet istifadəçisidir:

“Bu qədər internet istifadəçisi olan ölkədəı mətbuata qarşı hansı hücumlardan  söhbət gedə bilər? Yəni bunlar qeyri-mümkün olan məsələlərdir. Azərbaycanın inkişaf yolu belə halları istisna edir. Biz demokratik inkişaf yolunu seçmiş dövlətik və bu istiqamətdə ciddi addımlar atırıq.  Ölkə prezidentinin bəyan etdiyi kimi, bir çox ölkələrdə, o cümlədən  Avropa ölkələrində mitinqlərdə itlərdən, atlardan, dəyənəklərdən istafldə edilməsini görmüşük. Amma bunların heç biri  Azərbaycanda yoxdur. Çünki Azərbaycanın yolu demokratiya yoludur. Ölkəmizdə insanlar sərbəst toplaşmaq hüququndan da normal istifadə edirlər. Müxalifət son vaxtlar mitinqlər keçirir. Amma mitinqlərə az adamın gəlməsi müxalifətin öz problemidir. Çünki cəmiyyətimiz bu müxalifəti dəstəkləmir. Cənab Prezidentin də vurğuladığı kimi, Avropa həqiqəti bilməlidir və doğru  mənbələrdən istifadə etməlidir. Bir sıra hallarda isə  biz bunun əksini görürük. Həmin qüvvələr çalışırlar ki, Azərbaycanın  müstəqil daxili və xarici siyasət yürütməsinin qarşısını alsınlar. Çünki bunu həzm edə bilmirlər ki, Azərbaycan dövləti milli maraqlara uyğun siyasət aparır, xalqımız birmənalı olaraq dövlət başçısının siyasətini dəstəkləyir. Eyni zamanda, müsəlman dövləti olaraq Azərbaycanın sürətli inkişafı Avropadakı islamofob qüvvələri narahat edir. Onlar Azərbaycanda xalq-iqtidar birliyini həzm edə bilmirlər. Ölkəmizdəki monolit birlik onların yuxusuna haram qatır. Ona görə də, ölkəmizlə  təzyiq yolu ilə danışmaq istəyirlər. Amma bu cəhdlərin heç bir perspektivi yoxdur. Çünki bugünkü uğurlamızın kökündə xalqın siyasi iradəsi dayanır, xalq-hakimiyyət birliyi dayanır və birlik olan yerdə inkişaf prosesinin qarşısını almaq mümkün deyil”.

Etikxeber.az

 

Read Previous

Leyla Əliyeva Ümumdünya Ərzaq Gününə həsr edilən tədbirdə çıxış etdi – FOTO

Read Next

Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir