Elman Rüstəmov: “BƏZƏN QƏRİBƏ SUALLAR VERİRLƏR…” – FOTOLAR – YENİLƏNİB

“Prezidentin də qeyd etdiyi kimi, Vətən müharibəsində qələbənin əsas şərtlərindən biri son 15 ildə iqtisadiyyatın gücləndirilməsi və bunun ordu quruculuğunda təmin edilməsi olub”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov deyib.

E. Rüstəmov bildirib ki, növbəti 5-10 il ərzində bizim üçün başlıca iqtisadi və sosial çağırışlar yüksək və dayanıqlı iqtisadiyyatın təmin edilməsi və ÜDM-in ikiqat artımının təmin olunmasıdır:

“İkinci çağırış ortamüddətli dövrdə də makroiqtisadi sabitliyin qorunması və təmin olunmasıdır. Post-pandemiya və post-neft dövrü bizim qarşımızda yeni çağırışlar qoyub. Növbəti ildə büdcə xərclərinin 4%-ə qədər artması tam məntiqidir. Büdcə layihəsi azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasını özündə ehtiva edir. Biz bunu uzun illər gözləmişik”.

Sonra “Bizim daxili borc imkanlarımız var. Bu da daxili maliyyə bazarlarına dəstək verməsi fonunda önəmldiir”-deyən E. Rüstəmov bildirib ki, biz borclanma məsələsinə, onun təhlükəsizlik “qırmızı xətti” müəyyən olunmaqla bu strategiyaya yenidən baxmalıyıq:

“Dünyada yaşanan iqtisadi böhranların böyük əksəriyyəti ehtiyatsız borclanma problemindən doğub”.

Baş bankir çıxışında ölkədə, iqtisadiyyatda, maliyyə sektorunda baş verənlərlə bağlı bəzən “qəribə suallar”ın da verildiyini və bunun o qədər də əsaslı olmadığını sözlərinə əlavə edib.

***

Daha sonra “Görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub”-deyən E. Rüstəmov bildirib ki, iqtisadi subyektlərin gəlirlərindəki itkilər Prezidentinin qəbul etdiyi konsepsiya əsasında qismən təmin olunub:

“Ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb. Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb. Çox əhəmiyyətli sabitlik təmin edilib. AMB-nin valyuta ehtiyatlarının artması da onu göstərir ki, bazarda valyuta çatışmazlığı yoxdur. Biz bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik. Manatın məzənnəsinin sabitliyi bütövlükdə makroiqtisadi sabitliyin mühüm tərkib hissələrindən biridir. 2018-2020-ci illərdə iqtisadiyyatda pul təklifi 54%-dək artıb. Bütövlükdə daha uzunmüddətli dövrə baxsaq, manatla kreditlər 5,5% azalıb. Pulun çoxalması kreditlərin çoxalmasına səbəb olur. Cari ildən artıq biznes kreditlərində artım var. İqtisadi fəallığın aşağı düşməsinə baxmayaraq, maliyyə sahəsində aktivlik müşahidə edilir”.

Kamil HƏMZƏOĞLU (HƏMDOV)

Etikxeber.az

Read Previous

“Yaratmaq Tanrının işidir…”-MUSA URUD YAZIR

Read Next

“Növbəti ildə yaşa görə pensiyanın ümumi məbləği 370 manat, əlilliyə görə isə 337 manat olaraq planlaşdırılır…”-SAHİL BABAYEV HƏMÇİNİN 190 MANATLIQ NÖVBƏTİ ÖDƏNİŞLƏRƏ BAŞLANILACAĞINI BİLDİRDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir