Elman Rüstəmovla bağlı məsələ-MM-İN KOMİTƏSİNDƏ MÜZAKİRƏ OLUNACAQMI?

Milli Məclisin (MM) aprelin 9-da keçiriləcək iclasında Elman Rüstəmovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ də müzakirəyə çıxarılacaq.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, E. Rüstəmovun Mərkəzi Bankın sədri vəzifəsində növbəti 5 illik səlahiyyət müddəti başa çatır.

O, sonuncu dəfə 5 il öncə bu vəzifəyə-əvvəlcə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, sonra sədri vəzifəsinə təsdiqlənmişdi.

Qeyd edək ki, həmin vaxt məsələ öncə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilmiş, sonra plenar iclasa tövsiyə olunmuşdu.

Bəs görəsən, bu dəfə də məsələ adıçəkilən komitənin iclasında müzakirə olunacaqmı?

Etikxeber.az-ın əldə etdiyi məlumata görə, MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası (onlayn) ilə bağlı hələlik qərar verilməyib.

Bu baxımdan da, məsələnin komitənin iclasında nə vaxt müzakirə olunacağı dəqiq məlum deyil.

Bununla belə, qarşıdakı 3 gün ərzində komitənin iclasının keçirilməsi və E. Rüstəmovla bağlı məsələnin müzakirəsi istisna olunmur…

22:54, 6 aprel

Etikxeber.az

Read Previous

Məişət tullantısını atmağa getmək üçün 8103 qısa nömrəsinə SMS göndərməyə-EHTİYAC YOXDUR

Read Next

“Tibbi maskaların istehsalı ölkədə bu məhsula yaranan ehtiyacı böyük ölçüdə azaldacaq, vətəndaşımızın sağlamlığını daha effektli bir şəkildə qoruyacaq”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir