Elmar Məmmədyarovla Eduard Nalbandyan görüşdü – FOTO

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Eduard Nalbandyan arasında görüş başlayıb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunur.

“Azərbaycan substantiv və məntiqi danışıqlar yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinin həllini dəstəkləyir”, – deyə H. Hacıyev bildirib.

Etikxeber.az

 

Read Previous

Ermənistanın təcavüzü və Xocalı soyqırımına dair qətnamələr qəbul edildi…

Read Next

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın” – BAŞ REDAKTORDAN TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir