Elmar Vəliyevi güllələyən Yunis Səfərov ömürlük azadlıqdan-MƏHRUM OLUNDU…

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Etikxeber.az-xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Hamlet Abbdullayev 19 il, Mahir Əzizov 20 il, Akif Əliyev 20 il, Rasim Mustafayev 20 il, Ceyhun Qurbanov 18 il, Firudin Zeynalov 19 il, Cəfər Zalov 18 il, Vüqar Məmmədov 19 il, Ceyhun Salahov isə 19 il azadlıqdan məhrum edilib.

İş üzrə təqsirləndirilən şəxslərdən Anar Bağırov və Rza Sərxaninin vəfat etməsi ilə bağlı onlara cəza təyin olunmayıb.

Etikxeber.az

Read Previous

Yoluxma sayı azaldı, ölüm sayı artdı-1851 NƏFƏR VƏ 17 NƏFƏR…

Read Next

“Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır”-MN – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir