Elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə yaşayış sahəsi verilməsi-TƏKLİF OLUNUR…

Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün yaşayış sahəsi ilə təmin olunması sahəsində hüququ artırılır.

Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilib.

Dəyişikliyə əsasən, “alimlik dərəcəsi” anlayışı “elmi dərəcə” anlayışı ilə əvəzlənir. Başqa sözlə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi veriləcək.  

Qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Etikxeber.az

Read Previous

KİV, dövlət dili, vətəndaşlıq haqqında qanunlara və İnzibati Xətalar Məcəlləsinə hansı-DƏYİŞİKLİKLƏR EDİLİR?

Read Next

57 nəfərdə koronavirus aşkarlandı, 68 nəfər müalicə olunaraq evə buraxıldı-OPERATİV QƏRARGAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir