Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tələbə xaricdə təhsil alıbsa, gəlib onu bir məmur imtahan etməməlidir. Təhsil Nazirliyi elektron qaydada müraciətlə bu məsələni həll edə bilər.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisdə (MM) Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirə olunduğu plenar iclasda AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı bildirib.
Millət vəkili deyib ki, xaricdə təhsil alanların diplomlarının tanınması məsələsi ilə bağlı çox söz-söhbət gəzir.
“Ona görə də Təhsil Nazirliyi xaricdə təhsil alanı çağırmaqla yox, həmin xarici ölkəyə elektron qaydada sorğu göndərməklə, həmin şəxsin sərhədi keçib-keçmədiyini, təhsil alıb-almadığını müəyyənləşdirə bilər”-deyə, o, bildirib.
Millət vəkili eyni zamanda, Elmi Müdafiə Şuraları ilə bağlı tənqidi fikirlərini səsləndirib:
“Elmi Müdafiə Şuralarının həmsədrliyində ciddi dəyişikliklər edilməlidir. Heç bir məqaləsi çıxmayan şəxslər həmsədr kimi fəaliyyət göstərirlər. Bu, Azərbaycan elminə ayıbdır. Elmi Müfaiə Şuralarını “anekdot” yerinə çevirməməliyik”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az